receptheader
126 Yeməklər

Tərəvəzli plov

Tərkibi:

  • 2 stəkan “Sultan Basmati” düyüsü;
  • 3 ədəd kök;
  • 2 ədəd bolqar bibəri;
  • yaşıl noxud;
  • 2 qaşıq zeytun yağı;
  • 3 stəkan su;
  • istəyə uyğun olaraq duz.

Hazırlanması:

Düyünü isti suda islanmağa qoyun.

Digər tərəfdə isə kökü bişirin və kiçik kub formasında doğrayın.

Bolqar bibərini yuyun, təmizləyin və onları da köklərlə eyni böyüklükdə doğrayın. Yaşıl noxudu (təxminən 150 q) bişirməyi də unutmayın.

Zeytun yağını tavada qızdırın və islanmış düyünü bura əlavə edib bir az qovurun. Sonra kök, bibər və noxudu töküb düyü ilə qovurun. Ardınca su əlavə edin və zövqünüzə uyğun olaraq duz qatın. 1 qaşıq zəfəranı da suda həll edib suyu çəkildiyi anda plova əlavə edə bilərsiniz.

Suyunun çəkildiyindən və bişdiyinə (təxminən 40 dəqiqə) əmin olduqdan sonra sobadan götürmək olar. Plovu toyuq və bol soğandan hazırlanmış aşqara ilə də təqdim edə bilərsiniz.