Toyuğu təmizləyib yuduqdan sonra duz, istiot, sarıkök, doğranmış soğan və qarğıdalı yağı ilə basdırma edin.
Sonra düyünü yuyub bir neçə saat ilıq, duzlu suda saxlayın. Ardınca düyünü qaynar, duzlu suda bişirməyə başlayın, amma tam bişmədən götürün və süzün.
Qazanın dibinə qazmaq əvəzinə toyuq tikələrini düzün. Üzərinə isə süzülmüş düyünü əlavə edin. Həmçinin sarıkök, dəmlənmiş zəfəran və əridilmiş yağı da düyünün üzərində gəzdirin.
Zəif odda 1,5 saat dəmlədikdən sonra toyuqlu döşəmə plov hazır olacaq.
Bişdikdən sonra qazanın üzərinə sini qoyub çevirin və elə təqdim edin. Bu zaman qazanın dibinə çökmüş yağ da plovun üzərinə töküləcək və yeməyə xüsusi ləzzət qatacaq.