Dünyanın ən nüfuzlu dad qiymətləndirmə qurumlarından biri olan “International Taste Institute” (Beynəlxalq Dad İnstitutu) hər il olduğu kimi 2025-ci ildə də “Superior Taste Award” nəticələrini elan etdi. Böyük qürurla bildiririk ki, SULTAN Basmati düyüləri bu nüfuzlu müsabiqədə “Superior Taste Award” mükafatına layiq görülmüşdür!
International Taste Institute
2005 ildə yaradılan və Brüsseldə yerləşən “International Taste Institute”, dünyanın müxtəlif ölkələrindən olan 250-dən artıq tanınmış aşpaz və somelyedən (peşəkar dad bilicisi) ibarət münsiflər heyəti ilə tanınır. Münsif heyəti ən yüksək gastronomiya standartlarına cavab verən, beynəlxalq səviyyədə tanınmış, peşəkar və obyektiv ekspertlərdən ibarətdir.
- Bu şəxslər “Michelin” ulduzlu restoranlar və qabaqcıl gastronomiya institutlarının tanınmış üzvləridir
- Dünya üzrə kulinariya müsabiqələrinin qalibləridir.
- Münsiflər 20-dən çox ölkənin təmsilçiləridir və tamamilə müstəqil olaraq qiymətləndirmə aparırlar.
Qiymətləndirmə kor (blind) formatda və səssiz şəkildə həyata keçirilir — münsiflər əslində məhsulun brendini, qablaşdırmasını və istehsalçı adını bilmirlər . Qiymətləndirmə 5 kriteriyası əsasında aparılır: ilk təəssürat, görmə, qoxu, dad, tekstura
Azərbaycanda bir ilk!
Bu nailiyyət, Azərbaycanda fəaliyyət göstərən düyü brendləri arasında bir ilkdir. SULTAN brendinin “Superior Taste Award” mükafatını qazanması, ölkəmizdə istehlakçılara təqdim edilən ərzaq məhsullarının beynəlxalq standartlara cavab verdiyini sübut edir.
Bu mükafat yalnız SULTAN komandasının deyil, bütün Azərbaycanın qürurudur!