CASA-nın ev sahibliyi ilə 9–11 oktyabr 2025-ci il tarixlərində keçirilmiş CASA CUP 2025 tədbiri ölkəmizdə kulinariya sənətinin inkişafına yeni nəfəs qatdı.
“Sultan Basmati” düyülərinin sponsorluğu və CASA-nın və Azərbaycan Otel Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi Badamdar Otel, Absheron Marriott Otel, Qarabağ Resort & Spa, Şamaxı Palace Sharadil, Hilton Garden Inn, Safron Group və ölkəmizin digər premium otel və restoranlarında çalışan aşpazlara öz yaradıcılıq və kulinariya bacarıqlarını nümayiş etdirmək üçün platforma yaratmaq, onları dəstəkləmək və milli, həmçinin beynəlxalq kulinariya mətbəxinin inkişafına töhfə verməkdir.
Tədbirdə həm kulinariya sahəsində ilk addımlarını atan tələbələr, həmçinin peşəkar aşpazlar iştirak etmişdir. Həmçinin, kulinariya sahəsində tanınmış, Michelin ulduzlu restoranlarda töhfələri olan peşəkar aşpazlar: Şef Shaun Smith, Şef Didier Quonelle, Şef Riccardo Marelo, Şef Danilo Caratto münsiflər heyəti və xüsusi qonaq qismində tədbirdə iştirak etmişdir.
CASA CUP 2025-də müxtəlif kateqoriyalar üzrə ən yaxşı performans göstərən aşpazlar medallar, sertifikatlar və mükafatlarla təltif edilmişdir.
Biz, Sultan Basmati markası olaraq, bu prestijli tədbirin qaliblərinə və iştirakçılarına öz hədiyyələrimizi təqdim etməklə brendimizin kulinariya, yemək mədəniyyəti və istedadların dəstəklənməsi istiqamətindəki məqsədini daha da gücləndirdik. Eyni zamanda, CASA tərəfindən ən yaxşı tərəfdaş olaraq Sertifikatla təltif olunduq.